Baydenin oğlunun silahsaxlama işinə xitam verilməsi tələbi rədd edilib

Dünya
Spread the love




Pensilvaniya ştatının apellyasiya məhkəməsi ABŞ-nin hazırkı Prezidenti Co Baydenin oğlu Hanter Baydenin silahsaxlama işinə xitam verilməsi tələbini rədd edib.

Hanter Bayden üç qanunsuzluqda ittiham olunur: 2018-ci ildə narkotiksaxlama və istifadə ilə bağlı suala cavab olaraq iki dəfə yazılı yalan danışmaq və narkotik qadağasına baxmayaraq, odlu silaha sahib olmaq. Bu üç maddə üzrə onu 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir.

Xatırladaq ki, bundan əvvəl ABŞ məhkəməsi Baydenin oğlu Hanterin vergidən yayınma ittihamlarını ləğv etmək təklifini rədd etmişdi.

Mənbə: Gazeta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir