Güneyli sənətçinin sosial media hesabı bağlandı – SƏBƏB + FOTO

Dünya
Spread the love

Güneyli sənətçi və rəqs təlimçisi Səna Fərəci Azərbaycan türklərinin mədəniyyəti və kimliyi haqqında video paylaşımlarına görə paniranistlərin qəzəbinə tuş gəlib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Məlumata görə, İran hökumətinə bağlı anti-Azərbaycan təbliğatı aparan “Azəriha” saytının rəhbərlərindən biri olan Ə.Şişgilani adlı şəxs “X” hesabında paylaşım edərək, Səna Fərəciyə təhlükəsizlik qüvvələri tərəfindən təzyiq göstərilməsini istəyib.

Belə ki, bu şəxs Təbrizdəki Şairlər Məqbərəsinin Azərbaycan rəqsi və mədəniyyətinin təqdim edildiyi məkana çevrilməsinə icazə verildiyindən qəzəblənib və Səna Fərəcini riyakarlıqla “striptizçi” adlandırıb.

Qeyd edək ki, Səna Fərəcinin “İnstaqram” hesabı da “cinayət” sayılan paylaşımlarına görə məhkəmənin qərarı ilə bloklanıb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir