Evlərini, maşınlarını satıb Laləni əməliyyat etdirdilər: “Müalicə üçün dəstəyə ehtiyacları var” – FOTO

Cəmiyyət

Beş yaşlı Lalənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aytən Hüseynova məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

“Lalənin artıq beş yaşı var, doğulandan son dövrlərə qədər səhhətində heç vaxt ciddi problem olmayıb. Ötən ilin bu aylarında Lalənin qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həkimlər müalicənin kifayət etməyəcəyini, mütləq əməliyyatın zəruriliyini dedilər. Üç ay öncə Lalə əməliyyat keçirdi. Donoru əmisi oğlu idi. Əməliyyat üçün lazım olan məbləği toplamaq üçün evimizi və maşınımızı satmışdıq. Qalan məbləği isə sizin saytın izləyicilərinin dəstəyi ilə topladıq”.

Aytən Hüseynova əlavə edib ki, Lalənin hazırda müalicəyə ehtiyacı var.

“Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçirildi. İki aya yaxın orada qaldıq. İnanın nə qədər borca girmişik. Hazırda müalicələri davam etdirməyə 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 792-41-33.

Uni Bank:  5243 7544 4243 5317.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir