Güney Azərbaycanda bayram günlərində ər və arvad edam ediliblər – FOTO

Dünya
Spread the love

Güney Azərbaycanda Novruz bayramı günlərində üç nəfər edam edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, martın 18-də Təbrizin mərkəzi həbsxanasında Culfa şəhər sakini olan adı açıqlanmayan bir qadın və əri Yasin Zülfüqari dar ağacından asılıblar. Martın 25-də isə 36 yaşlı təbrizli Abbas Ağayinin edam hökmü həyata keçirilib.

Qeyd olunub ki, edam edilən hər üç güneyli narkotik maddələrin qaçaqmalçılığında ittiham edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir