Bir qisim britaniyalı azarkeşin AVRO-2024-ün oyunlarına qatılmasına qadağa qoyulub

Dünya

Böyük Britaniyadan olan 1 600 futbol azarkeşi xarici pasportunu dövlət qurumlarına təhvil verməli olacaq.

Onlar müxtəlif iğtişaşların iştirakçıları olduqlarına görə 2024-cü ilin yay ayında Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı dövründə öz ölkələrindən xaricə səfər edə bilməyəcəklər.

Bildirilir ki, həmin azarkeşlər Böyük Britaniyanı yalnız istisna hallarda, xüsusi icazə ilə tərk edə biləcəklər.

Mənbə: The Sun

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir