Səbail rayonunda narkotik vasitənin təsiri altında soyğunçuluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti
Spread the love

Səbail rayonu Badamdar qəsəbəsində soyğunçuluq edən şəxs saxlanılıb. Zərərçəkən paytaxt sakini olan bir nəfər xanım yaşadığı evə gedən zaman naməlum şəxsin ona yaxınlaşaraq içərisində mobil telefon və sənədləri olan çantasını ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü İmamverdi Axundov saxlanılıb. O, ifadəsində hadisədən əvvəl narkotik vasitə qəbul etdiyini bildirib.
Faktla bağlı toplanan materiallar istintaqa təqdim olunub, araşdırmalar davam etdirilir. İ.Axundovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir