Fələstinlilər arasında ölənlərin ümumi sayı 3850 nəfəri ötüb

Dünya
Spread the love


Oktyabrın 7-də Yaxın Şərqdə gərginliyin növbəti eskalasiyadan sonra həlak olan fələstinlilərin sayı 3859 nəfərə çatıb.

Bu barədə məlumat Fələstin Səhiyyə Nazirliyinin “Telegram” kanalında verilib.

Verilən məlumata görə, ümumilikdə 13300-dən çox insan zərər çəkib.

Qeyd olunur ki, İsrailin endirdiyi zərbələr və yanacaq qıtlığı nəticəsində Qəzza zolağında 18 tibb mərkəzi fəaliyyətini dayandırıb.

Həmçinin, elektrik təchizatında fasilələr və yanacaq çatışmazlığı səbəbindən 14 ilkin tibbi-sanitar yardım mərkəzi də bağlanıb.

Mənbə: ТАSS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir