Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağın erməni sakinləri üçün yanacaq göndərib – FOTO/VİDEO

Müharibə
Spread the love


Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu iki nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

24 ton “Aİ-92” markalı benzin, 40 ton dizel yanacağı daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edirlər.

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir