Türkiyədə silahlı insident olub, xəsarət alanlar var

Dünya
Spread the love


Türkiyənin Adana şəhərində silahlı insident olub.

Məlumata görə, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən şübhəlilərin axtarışına başlayıb.

Mənbə: Haber Global

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir