Roberto Mançini ərəblərin fantastik təklifinə “hə” dedi

Dünya
Spread the love


İtaliya millisinin baş məşqçisi postundan ayrılan Roberto Mançininin yeni iş yeri müəyyənləşdirib.

58 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq. O, ərəblərlə üç illik müqavilə imzalayacaq. Mütəxəssis yeni iş yerində ümumilikdə 120 milyon avro qazanacaq.

Xatırladaq ki, 2018-ci ildən İtaliya yığmasını çalışdıran Roberto Mançini yerli futbol federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə ötən gün yığmadakı işindən ayrılıb.

Mənbə: La Gazzetta dello Sport

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir