Fransada 100 hektarlıq meşə yanıb kül oldu

Dünya
Spread the love


Nitsadan 60 km məsafədə yerləşən Berols kommunası yaxınlığında baş verən yanğın 100 hektara yaxın meşə sahəsini məhv edib.

Yanğın çərşənbə axşamı başlayıb və o vaxtdan bəri geniş əraziyə yayılıb.

Məlumata görə, hazırda yanğın lokallaşdırılıb.

Meteoroloqların məlumatına görə, ərazidə yanğının yenidən yayılmasına səbəb ola biləcək küləklərin əsəcəyi gözlənilir.

Bildirilir ki, Berols bölgəsindəki yanğın bölgədə bu yay qeydə alınan ən böyük yanğındır.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir