Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb

Daxili İşlər Nazirliyi Yol patrul xidməti
Spread the love

Yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Shacman” markalı, 99-XM-703 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Əli Hüseynov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Baş DYP İdarəsinin YPX Alayının I taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Əli Hüseynov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əli Hüseynov inzibati qaydada həbs edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir