YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün əyləncəli proqram təşkil edildi

Sosial
Spread the love

YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün əyləncəli proqram təşkil edildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə 30 illik həsrətdən sonra bizlərə zəfəri bəxş edən, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın, Vətən müharibəsi şəhidlərinin övladları üçün “Atrium” İdman və Əyləncə Kompleksində əyləncəli proqram təşkil edildi.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, şəhid ailə üzvləri, övladları və rayon təşkilatının əməkdaşları iştirak etdilər.
Tədbirdə uşaqlar müxtəlif əyləncəli oyunlarda və şoularda iştirak etdilər. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Naiq Ələkbərovun övladı Ömər Ələkbərlinin doğum günü qeyd edildi, şəhid övladını təbrik edənlər ona uzun ömür, cansağlığı və xoşbəxtlik arzu etdilər.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, rayon təşkilatı tərəfindən təşkil edilən bu cür layihələrə görə təşəkkür etdilər. Əyləncəli və maraqlı tədbirdən uşaqlar xoş təəssüratlarla ayrıldılar.
Sonda xatirə şəkli çəkdirildi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir