Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin leytenantı şəhid Nurlan Həsənovun ailəsini ziyarət ediblər.
Polis əməkdaşları ziyarət zamanı şəhidin ailə üzvlərini maraqlandıran məsələləri dinləyiblər.
Həmçinin, qarşıdan gələn yeni dərs ili ilə əlaqədar şəhidin övladını təbrik ediblər, dərslərdə uğurlar arzulayıblar. Bilik Günü münasibətilə məktəb ləvazimatları hədiyyə olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlığını bildiriblər.
Şuşa şəhərində doğulan N.Həsənov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.


www.102info.az
