Güclü külək paytaxtda ağacları aşırdı – FOTO/VİDEO

Cəmiyyət
Spread the love

Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.

Oxu.Az xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 ünvanında və “Nizami” metro stansiyasının qarşısında irigövdəli ağac aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir