386 sərnişini olan “Boeing” Saxalində fövqəladə eniş etdi – FOTO/VİDEO

Dünya
Spread the love

“Aeroflot” aviaşirkətinin Moskvadan çıxan “Boeing-777” təyyarəsi Yujno-Saxalinskdə fövqəladə eniş etmək məcburiyyətində qalıb. Səbəb kimi təyyarənin şassilərindən birinin boşalması göstərilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə baş idarəsi məlumat yayıb.

Hava gəmisinin göyərtəsində 13-ü heyət üzvü olmaqla ümumilikdə 399 nəfər olub.

Məlumata görə, təcili enişlə bağlı məlumatdan 20 dəqiqə sonra təyyarə uğurlu eniş edə bilib. Sərnişinlər və heyət üzvləri arasında zərərçəkən yoxdur.

Mənbə: astv.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir