Nazir Vilayət Eyvazov İranın Narkotiklərlə Mübarizə Polisinin
rəisini qəbul edib

Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət
Eyvazov iyunun 20-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Hüquq
Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada
generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov xalqlarımız arasında tarixi, mədəni, dini
yaxınlığın mövcudluğunu vurğulayaraq Azərbaycan-İran münasibətlərinin dinamik və məhsuldar şəkildə inkişaf etdiyini, bu əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib. Daha
sonra iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrə toxunan nazir bildirib ki, qarşılıqlı
fəaliyyəti tənzimləyən normativ-hüquqi baza mövcuddur və bu, daha sıx əməkdaşlığa və
cinayətkarlıqla mübarizədə birgə praktiki tədbirlər həyata keçirməyə imkan yaradır. O, belə
görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən bəşəri bəlaya çevrilmiş
narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş
imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli
növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı
mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin
müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi
qurumun da maraqlı olduğunu vurğulayıb.
Nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat
verib, respublikamızda demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin
hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işləri qeyd edib və
bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa,
beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının
Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kərimi səmimi qəbula
görə minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış
sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə
malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən
təhlükəsizlik, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf
etdirilməsinə kömək göstərir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir
sıra digər məsələlər də müzakirə edilib.
20 iyun 2022-ci

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir