Bakıda iki körpənin öldüyü dəhşətli yanğında xəsarət alan ailə üzvlərinin SON DURUMU

Cəmiyyət

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki körpəsi dünyasını dəyişib.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda ailənin digər üzvlərinin də vəziyyəti ağırdır:

“Vəziyyətləri ağır olaraq qalır. Beş nəfərin reanimasiya şöbəsində müalicələri davam etdirilir”.

Qeyd edək ki, baş verən yanğın zamanı evdə ümumilikdə 7 nəfər olub. Onlardan 2 körpə vəfat edib. İkisi uşaq olmaqla daha 5 nəfər isə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir