Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Qeyd edilib ki, hazırda aşağıdakı yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Tbilisi prospekti – şəhər və “20 Yanvar” dairəsi istiqamətində;
2. Alı Mustafayev küçəsi – “Velotrek”in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda;
3. Rövşən Cəfərov küçəsi – 3 mkr dairəsindən “20 Yanvar” dairəsinə qalxan yolda;
4. Ziya Bünyadov prospekti – Müzəffər Həsənov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində;
5. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
6. Mustafa Kamal Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;
7. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
8. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının yanından şəhər istiqamətində köməkçi yolda;
9. Şah İsmayıl Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
10. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində;
11. İstiqlaliyyət küçəsi – “Azneft” dairəsi istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi – ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində.
www.102info.az
