Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər

Baş səhifə

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir