Bakıda avtomobil 18 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Cəmiyyət
Spread the love

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində 2003-cü il təvəllüdlü İmanverdiyev Adıgözəl Əlikövsər oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir