İtaliya A Seriyasının 33-cü turunun “Yuventus” – “Bolonya” matçı maraqlı məqamlarla yadda qalıb.
Belə ki, qarşılaşmada hesabı açan qonaqlar oyunu 9 nəfərlə başa vurmalı olublar.
İkinci hissəyə əlavə edilmiş 5-ci dəqiqədə “Yuve”nin forvardı Alvaro Morata topu aşırma zərbə ilə rəqibin qapısı önünə yönəldib. Duşan Vlahoviç isə topu bir metr məsafədən başı ilə tora göndərib – 1:1. Nəticədə, “Qoca Sinyora” məğlubiyyətdən son anda yaxa qurtara bilib.
Almaniya Bundesliqasında isə növbəti tur Dortmund “Boriussiya”sı üçün uğurlu olub. Komanda “Volfsburq”un qapısından düz 6 top keçirib. Qonaqların gücü onlardan yalnız birinin əvəzini çıxmağa çatıb – 6:1.
www.102info.az
