Vətəndaşların NƏZƏRİNƏ: Pensiya yaşı azaldıla bilər – VİDEO

Cəmiyyət
Spread the love

“Mən bu çıxışla razı deyiləm. Çünki pensiya yaşının azaldılması ilə əlaqədar elə arqumentlər gətirirlər ki, bu nə beynəlxalq, nə də Azərbaycanın statistikasında özünü əks etdirir”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “ARB 24”ə bildirib.

O əlavə edib ki, ölkədə  qadın və kişilər üçün 65 – pensiya yaşı kimi müəyyən olunub:

“İndi bəziləri iddia edir ki, ölkədə uzunömürlülər çoxdur. Mən bununla razı deyiləm. Azərbaycanda ölüm üzrə orta yaş həddi 71-72 yaşdır. Yəni əhalinin təxminən 70 faizi bu yaşda dünyasını dəyişir. Pensiya yaşının azaldılması ənənəvi məsələdir və bizim üçün gündəmdədir”.

Daha ətraflı süjetdə:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir