Ukraynada müharibədən zərər çəkən insanlar 24 saat fasiləsiz pulsuz psixoloji xidmətlə təmin ediləcək

Dünya
Spread the love

Ukraynada müharibədən əziyyət çəkən insanlar üçün pulsuz psixoloji yardım xidməti fəaliyyətə başlayıb.

Psixoloji yardım Kiyev Şəhər Gender Bərabərliyi, Zorakılığın Qarşısının Alınması və Mübarizə Mərkəzinin psixoloqları tərəfindən həyata keçiriləcək.

Mərkəzin sədr müavini Marina Honda qeyd edib ki, işğalçıların hərəkətləri nəticəsində çox sayda insan psixoloji travma alıb.

Marina Honda qeyd edib ki, hazırda xüsusən cinsi zorakılığından əziyyət çəkən qadınların xüsusi dəstəyə ehtiyacı var.

O qeyd edib ki, mərkəzimizin psixoloqları indi ehtiyacı olan hər kəsə psixoloji dəstək göstərməyə hazırdırlar və mərkəz 24 fasiləsiz xidmət göstərir.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir