Rusiyada istirahət məkanında qumbara partladıldı: Xəsarət alanlar var

Dünya

Rusiyanın Vladimir vilayətinin Aleksandrov rayonunda naməlum şəxs istirahət parkında insanların üzərinə qumbara atıb.

Nəticədə qumbara partlayıb və beş nəfər xəsarət alıb.

Aleksandrov rayonu administrasiyasından verilən məlumatda qeyd olunur ki, hadisəni törədən kişi artıq saxlanılıb.

Administrasiyasının başçısı Anna Kuznetsova xəsarət alanların həyatına heç bir təhlükənin olmadığını açıqlayıb.

İnsidentlə əlaqədar istintaq başlanılıb, araşdırma aparılır.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir