Rusiya Bolqarıstan səfirliyinin bir neçə əməkdaşını ölkədən çıxaracaq

Dünya

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Moskva Bolqarıstan səfirliyinin bir neçə əməkdaşını ölkədən çıxarmağa hazırlaşır. Bu barədə nazirliyin saytında məlumat verilib.

Qeyd olunur ki, Bolqarıstanın paytaxtdakı səfiri Atanas Krıstin nazirliyə çağrılıb və ona müvafiq nota təqdim edilib. Diplomatik missiyanın bolqarıstanlı işçilərinin bir hissəsinin (nə qədər – qeyd olunmayıb) “persona non-qrata” kimi tanınması Sofiyanın bir sıra rus diplomatlarını ölkədən çıxarmaq barədə “əsassız” qərarı ilə izah edilib.

Aprelin əvvəlində Bolqarıstan prokurorluğu ölkənin xarici işlər naziri Teodora Gençovskayanı rusiyalı diplomatlardan birinin guya “tənzimlənməmiş kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu” barədə xəbərdar edib. Bundan əvvəl, martın 18-də Bolqarıstan on rus diplomatını “persona non-qrata” elan etmişdi.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir