Rövşən Əsgərov “Nə? Harada? Nə zaman?” klubundan gedişinin səbəbləri barədə danışdı – VİDEO

Cəmiyyət

“Nə? Harada? Nə zaman?” bilicilər klubunun tanınmış oyunçusu Rövşən Əsgərov “BakuTV”-yə müsahibə verib.

O, Moskvanı tərk etməsinin və klubdan ayrılmasının səbəblərini açıqlayıb.

“24 fevraldan sonra bütün dünyada həyat kəskin şəkildə dəyişdi. Bir həftə düşündükdən sonra qərara gəldim ki, mənim Moskvada qalmağım artıq mümkün deyil”, – deyə Əsgərov bildirib.

O, əcnəbi şirkətlərin Rusiyadan gedişi fonunda hökumət tərəfindən informasiya sahəsindəki məhdudiyyətlər, xüsusilə də sosial şəbəkələrin bağlanmasından sonra ölkədə sanki nəfəs ala bilmədiyini və boğulduğunu deyib.

Daha ətraflı “Baku TV”-nin videomaterialında:

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir