Qaxda qaydaları pozan 16 sürücü cərimələnib – FOTO

Cəmiyyət
Spread the love

Qaxda yol polisi əməkdaşlarının keçirdikləri reyd zamanı dayanma-durma qaydalarını pozan sürücülər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının təşkil etdiyi reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində, eləcə də müəyyən edilməyən digər yerlərdə nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.

Qaydalar onlara izah olunub və ümumilikdə 16 sürücü barəsində cərimə protokolu tərtib edilib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir