İngiltərə Premyer Liqasının 31-ci turunda “Mançester Yunayted” evində “Lester”i qəbul edib.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə K.İheanaçonun qolu ilə qonaqlar hesabda irəli çıxıb. 66-cı dəqiqədə meydan sahibləri Fredin qolu ilə hesabı bərabərləşdirib.
Qarşılaşmanın qalan vaxtında hesab dəyişməyib.
Qeyd edək ki, “Mançester Yunayted” 31-ci turdan sonra 51, “Lester” isə 37 xal toplayıb.
www.102info.az
