Luqanskda “LXR”-in rəhbərlərindən “Mişa Çeçen” məhv edilib, bir “general” isə həbs olunub

Dünya

Cəbhədəki uğursuzluqlar fonunda Kreml qondarma Luqansk Xalq Respublikasında “təmizləmə” əməliyyatına başlayıb.

Belə ki, “LXR”-in “daxili işlər naziri”, “general-mayor” İqor Kornet Rusiya FTX tərəfindən həbs edilib. O, hazırda FTX-nin Rostov-Dondakı istintaq təcridxanasında saxlanılır.

Onun həbsi “Respublika”nın siyasi rəhbərliyinin və hüquq-mühafizə orqanlarının mənfi reaksiyasına səbəb olub, onlar bunu kvazi-dövlətin güc blokunda dəyişikliklərin başlanğıcı kimi qiymətləndirirlər.

Yeri gəlmişkən qeyd edək ki, Luqansk vilayətində ukraynalı əsgərlər qondarma “LPR” liderlərindən olan Mixail Kişçiki məhv edib. O, Kremennaya şəhəri yaxınlığındakı döyüşlərdə ölüb.

“Mişa Çeçen” ləqəbli “Respublika Qəhrəmanı” Luqansk vilayətinin işğal olunmuş hissəsində dəfn edilib.

Mənbə: Obozrevatel

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir