Gürcüstanda silahlı şəxs banka basqın edib: Külli miqdarda vəsait qarət edilib

Dünya

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən “Bank of Georgia” bankının filialına hücum olub.

Maskalı şəxs əlində silahla bankın yerləşdiyi binaya daxil olub və ətrafdakıları hədələyərək küllü miqdarda pulu qarət edərək oradan uzaqlaşıb.

Silahlı şəxsin nə qədər vəsaitə ələ keçirdiyi hələlik məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hadisə yerində müstəntiqlər işləyir və baş verən hadisənin təfərrüatı müəyyənləşdirilir.

Mənbə: “Sputnik” Gürcüstan

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir