Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.
TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
13:25
Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.
Ayxan Fətullazadə adlı şəxs ölüb.
O, gecə klubunda ofisiant işləyirmiş.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təsdiqləyiblər.
Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib, aprelin 9-u isə 2001-ci il təvəllüdlü Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində ölüb.
www.102info.az
