Çindəki karantin nəticəsində dünyada noutbuk qıtlığı yaşana bilər

Dünya

Çinin Şanxay, Kunşan və digər şəhərlərində davam edən sərt karantin bəzi istehsal sahələrində fasilələrə səbəb olub.

Nəticədə xüsusən noutbuk hissələrinin, metal detalların, plastmasın çatışmazlığı yaranıb.

Əvvəl Şanxay və Kunşanda karantin tədbirlərini bir və ya iki həftəyə yekunlaşdırmaq nəzərdə tutulurdu, lakin artıq bir aydan çoxdur ki, sözügedən şəhərlərdə sərt karantin rejimi davam edir.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda “Quanta Computer” və “Inventec” kimi noutbuk istehsalçıları noutbuk hissələrinin bazara çatdırılmasında gecikmələrlə üzləşiblər.

Mənbə: DigiTimes

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir