Bekhemin oğlu milyarder qızı olan arvadının soyadını götürdü – FOTO

Dünya

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin oğlu Bruklin Bekhem ailə qurduğu milyarder Nelson Peltsin qızının soyadını götürüb.

27 yaşlı aktrisa Nikola Peltslə izdivaca daxil olan Bruklin Bekhem soyadının sonuna Peltz soyadını əlavə edib.

İddialara görə, onun bu hərəkəti anası Viktoriya Bekhemi qəzəbləndirib.

Cütlük toy fotolarını “Nicola Mr.&Mrs. Peltz Beckham” adı ilə paylaşıblar.

Onlar fotolarını yüksək məbləğə “Vogue” jurnalına satıblar.

Mənbə: Snob Magazin

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir