Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans keçirildi.
Dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilən konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.
Konfransda qarşılıqlı maraq doğuran məsələlər ətrafında dinləmələr keçirildi.









www.102info.az
