Bakıda koronavirus xəstələri üçün neçə xəstəxana fəaliyyət göstərir?

Cəmiyyət

“Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub”.

APA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq, görərik ki, peyvəndləmə sayı kifayət qədər yaxşıdır. Bu həm Bakı, həm də regionlar üzrə belədir:

“Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır. Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir. Hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərəçarpacaq dərəcədə azdır. Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl etsinlər. Çünki pandemiya hələ bitməyib. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam edir”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir