Bakıda 54 yaşlı qadına hücum edildi: Döyərək qolunu sındırdılar

Cəmiyyət

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Əliyeva Firuzə Gülbala qızı tanımadığı şəxsin hucumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir