Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dünya
Spread the love

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət əsnasında aprelin 6-da Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların nəticələri müzakirə edilib.

“Putin və Əliyev Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı işləri müzakirə ediblər”, – deyə məlumatda deyilir.

Eyni zamanda müzakirələr zamanı Putin və Əliyev arasında Qarabağ üzrə üçtərəfli razılaşmaların tam şəkildə icrasının zəruriliyi vurğulanıb.

“Putin və Əliyev ikitərəfli gündəm üzrə sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyirlər”, – deyə Kremlin yaydığı məlumatda əlavə edilib.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir