Son günlər həmkarı Niyam Salami ilə evlilik xəbərləri ilə gündəm olan müğənni Aynur Dadaşova suallara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, ifaçı MTV-də yayımlanan “10-da görüşək” verilişinə telefon bağlantısı ilə qoşularaq gizli məqamları açıqlayıb.
“Toy olmayacaq, bizim yayda böyük bir konsert layihəmiz var idi, böyük bir hazırlıq var idi. Çıxan bu evlilik xəbərləri konsertin piyarı idi, insanlar bunu ciddiyə aldı. Niyamın komandası bunu belə düşündü. İnsanlar fikirləşməlidir ki, bizim işimiz şou-biznesdir. Şou yaratmasan biznes olmaz”, – deyə Dadaşova açıqlamasında bildirib.
Dilşad Bəhruzqızı
www.102info.az
