Zelenski: “Bizə masada belə bir qərarın olmadığını deyirsiniz”

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya Bundestaqının deputatları qarşısında çıxış edib.  

O, Rusiya Federasiyasına qarşı həyata keçirilən sanksiyaların təzyiqinin yetərli olmadığını bildirib və xatırladıb ki, Kiyev “Şimal axını-2”nin silah qismində istifadə ediləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdi.

Volodimir Zelenski Almaniya şirkətləri ilə Rusiya arasında əlaqələrdən danışıb və bəyan edib ki, Rusiya öz iqtisadi əlaqələrindən istifadə edərək müharibəni maliyyələşdirir.

Prezident həmçinin bildirib ki, hazırda Ukraynanın Aİ-yə daxil olması məsələsinin həllində ləngimələr var.

“Biz sizdən Ukraynanın NATO-ya üzv olmaq, təhlükəsizlik zəmanətləri almaq üçün nə etməli olduğunu soruşduqda belə bir cavab eşitdik: masada hələ belə bir qərar yoxdur və yaxın gələcəkdə də olmayacaq. Ukraynanın Avropa Birliyinə daxil olması məsələsi yubadılır. Düzünü desəm, bəziləri üçün bu, siyasətdir”, – V.Zelenski qeyd edib.

Mənbə: Strana.news

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir