Voleybol millimiz Türkiyəyə rəqib oldu

İdman

Kişi və qadın voleybolçular arasında AVRO-2023-ün seçmə mərhələsinin qrupları müəyyənləşib. Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millilərinin də rəqibləri bəlli olub.

Oxu.Az xəbər verir ki, kişilərdən ibarət yığmamız A qrupunda mübarizə aparacaq. Onların rəqibləri Türkiyə və Danimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Qadınlardan ibarət yığmamız isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Kişi və qadın voleybolçular arasında Avropa çempionatının həlledici mərhələsini keçirəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatının seçmə mərhələsinin görüşləri avqust – sentyabr aylarında olacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir