Umayra Tağıyeva mart soyuqları ilə bağlı DANIŞDI

Cəmiyyət

“2021-ci ilin mart ayı soyuq keçir. Amma bu havada yağıntının olması yaxşıdır”. 

102info.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır:

“Sabah yağışın intensivliyi azalacaq. Martın 20-də gözlənilən yağıntı ilə bərabər, külək də güclənəcək. Martın 21-də isə külək bir qədər səngiyəcək”.

U.Tağıyeva qeyd edib ki, mart ayında havanın temperaturu çoxillik norma göstəricilərindən dörd dərəcə aşağıdır:

“Amma son onilliklərdə mart ayının ən soyuq vaxtı 2012-ci ildə qeydə alınıb. Həmin vaxt Bakıda və Abşeron yarımadasında 2,9 dərəcə şaxta qeyd alınmışdı. Həmçinin paytaxtda qar örtüyü də əmələ gəlmişdi. Buna görə də havanın soyuq keçməsinə baxmayaraq, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord göstərici deyil”.

O qeyd edib ki, mart ayı hər zaman sürprizlərlə dolu olur:

“Hətta 2013-cü ilin mart ayında Bakıda 28 dərəcə isti də qeydə alınıb. 2012, 2013, 2014, 2018 və 2021-ci ildə paytaxtda mart ayında sulu qar yağıb”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir