Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədən son məlumatları yaydı

Dünya

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə meydanında son sutkada baş verən hadisələr barədə məlumat yayıb.

Qeyd olunur ki, işğalçı qoşunların qruplaşmaları heç bir istiqamətdə ciddi uğur qazanmayıb.

“Gün ərzində Ukraynanın hava hücumundan müdafiəsi düşmənin 4 helikopterini, 1 təyyarəsini, qırıcımız isə düşmənin qanadlı raketini vurub”, – deyə bildirilir.

Qara dəniz və Azov əməliyyat zonalarında dəniz desant əməliyyatına hazırlıq əlamətləri aşkar edilməyib.

“Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı səviyyədə qalır ki, bu da Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etmələrinə səbəb olur.

Həmçinin, mövcud məlumatlara əsasən, Luqansk vilayətinin bəzi rayonlarının müvəqqəti işğal olunmuş ərazisindən səfərbər edilmiş sakinlər Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən Rusiya işğalçı qüvvələrinin aktiv bölmələrinin itkilərini doldurmaq üçün göndərilir”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Rusiya qoşunları Mariupolu ələ keçirməyə cəhd edərkən, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri işğalçılara aşağıdakı itkilər verərək, onların hücumları dəf ediblər: 150-yə yaxın insan, 2 tank, 7 piyada döyüş maşını və 1 zirehli transportyor. Bundan sonra düşmən hücum əməliyyatlarını dayandıraraq geri çəkilib.

Bundan əlavə, artilleriya və aviasiya düşmənin irəliləmə marşrutlarında yığılan hərbi texnika və kolonnalarına zərbələr endirib:

“Mövcud məlumatlara görə, artilleriya atəşi nəticəsində 12 avtomobil məhv edilib”, – məlumatda bildirilir.

336-cı Əlahiddə Dəniz Briqadasının və 11-ci Əlahiddə Hava Hücum Briqadasının düşmən batalyonları və taktiki qrupları da itki verib.

Mənbə: RBC-UKRAİNA

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir