Qazaxıstanda Rusiya “McDonalds”ının sahibi Kayrat Boranbayev saxlanılıb

Dünya

Qazaxıstanda oliqarx Kayrat Boranbayev saxlanılıb. O, “McDonalds”-ın Rusiya və Belarus franşizalarının sahibi, həmçinin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qohumudur.

Oliqarxın saxlanmasının səbəbi hələlik açıqlanmır.

Məlumdur ki, Boranbayevin neft-qaz sektorunda da layihələri var. O, Qazaxıstanda iri ticarət mərkəzlərinin sahibidir.

Boranbayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qohumudur. Onun qızı Əlimə Nazarbayevin nəvəsi Aisultanla evlənib.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir