“Qəbələ” “Zirə”ni, “Neftçi” “Sumqayıt”ı qəbul edəcək – AFİŞA

İdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçiriləcək.

“102info.az”un məlumatına görə, günün ilk matçında 32 xalla üçüncü pillədə qərarlaşan “Qəbələ” 34 xalla ikinci sıradakı “Zirə”ni qəbul edəcək. “Qırmızı-qaralar” qalib gələcəkləri təqdirdə, ikinci pilləyə yüksələcəklər.

Komandalar indiyədək Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Əvvəlki görüşlərin 8-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu meydanı 3 xalla tərk edib. 12 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də “qırmızı-qaralar” üstündür – 29:22. “Qəbələ”nin meydanındakı son üç çempionat oyununda qalib müəyyənləşməyib. “Zirə” 4 matçdır rəqibinə qalib gələ bilmir.

Tura “Neftçi” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq. Hazırda son ölkə çempionu 34 xalla 4-cü, “gənclik şəhəri” təmsilçisi isə 13 xalla 7-cidir.

Əvvəlki 37 oyunun 17-də meydan sahibləri, 12-də qonaqlar qələbə qazanıb. 8 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də “ağ-qaralar” üstünlüyə malikdir – 54:43. Bu mövsüm komandalar arasında Premyer Liqadakı hər 2 matç heç-heçə ilə nəticələnib. Ardıcıl 8 qarşılaşmada meydan sahibi olan komanda qələbə qazanmayıb.

“Neftçi” yalnız qələbə təqdirində, “Qəbələ” – “Zirə” matçının nəticəsindən asılı olmayaraq, bir pillə irəliləyəcək.

Azərbaycan Premyer Liqası, XIX tur
13 mart (bazar)

16:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

18:15. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”

Qeyd edək ki, turun ilk oyun günündə “Keşlə” səfərdə “Səbail”i 3:0, “Qarabağ” isə “Sabah”ı 1:0 hesabı ilə yenib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir