Lavrov və ermənistanlı həmkarı ilə Bakı və İrəvan arasında sülh danışıqlarını müzakirə ediblər

Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə tez bir zamanda başlamağın və regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində layihə fəaliyyətlərinə başlamağın zəruriliyini təsdiqləyiblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Üçtərəfli Bəyanatların ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin və regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində layihə fəaliyyətlərinin başlanması təsdiqlənib. Ermənistanla Azərbaycan arasında Rusiyanın hər cür köməklik göstərməyə hazır olduğu sülh müqaviləsinin bağlanılması məsələsinə də toxunulub”, – deyə məlumatda qeyd edilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir