Hollivud ulduzu Ukraynaya milyon dollarlıq ianə etdi

Dünya

Ukraynanı fəal şəkildə dəstəkləyən Hollivud ulduzlarının siyahısı artır.

Bu dəfə kinorejissor, prodüser və ssenarist Stiven Spilberqlə həyat yoldaşı Keyt Kepşou ukraynalı qaçqınlara bir milyon dollarlıq humanitar yardım bağışlayıblar.

Onlar özlərinin “Hearthland Foundation” fondu vasitəsilə Ukraynada və qaçqınları qəbul edən qonşu ölkələrdə bir neçə təşkilata pul ayırıblar.

Mənbə: Variety

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir