Daha bir ölkə turistlər üçün qaydaları yumşaltdı

Dünya

Vyetnamın Səhiyyə Nazirliyi ölkəyə giriş şərti kimi COVID-19 peyvəndi pasportlarının istifadəsini, habelə məcburi karantin və ya özünütəcridi ləğv edib.

Bu barədə nazirliyin çərşənbə günü yayılan qərarında deyilir.

Martın 16-dan etibarən Vyetnama səyahət edənlərdən artıq peyvənd pasportları və ya COVID-19 bərpa sertifikatlarını təqdim etmələri tələb olunmayacaq, həmçinin əvvəllər məcburi hesab edilən yeddi günlük karantin və ya üç günlük özünütəcrid rejimi ləğv olunur.

Respublikanın sərhədini keçmək üçün yalnız 72 saat ərzində verilən PZR testinin və ya səfərdən 24 saat əvvəl ekspress-testin mənfi nəticəsinin təqdim olunması tələb edilir.

Qeyd edək ki, dünən Vyetnam hökuməti pandemiya səbəbindən son iki il ərzində bağlı qalan ölkə sərhədlərinin xarici vətəndaşlar üçün tam açıldığını elan edib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir