Baş nazir: “Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var”

İqtisadiyyat

“Biz daha çox Rusiyadan taxıl idxal edirik”.

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin ixrac rüsumları 28 dollardan 34 dollara qaldırılıb:

“Ötən il Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti idxalçılara 75 milyon manata qədər subsidiya verib”.

Baş nazir deyib ki, Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var:

“Hökumət bu məsələ ilə məşğul olur. Biz taxıl ehtiyatlarımızı kifayət qədər artırmaqla bağlı çalışırıq. Amma mən detalları burada deməyəcəm”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir