Azərbaycanlı idmançı Bəhreyndə qadağan olunmuş yerdən zərbə aldı və xəstəxanaya düşdü – VİDEO

İdman

Azərbaycanlı MMA idmançısı Aqşin Babayev növbəti dəfə döyüşdə uğursuzluqla üzləşib.

102info.az-ın xəbərinə görə, “Brave” MMA təşkilatının Bəhreynin Madinat-İsa şəhərində keçirilən döyüş gecəsində Aqşinin rəqibi İsveçrəni təmsil edən Dağıstan əsilli idmançı Hüseyn Kadimaqomayev olub.

Görüşün gedişatında Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan, yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. İdmançımız xəstəxanaya aparılıb.

Hazırda idmançımız yaxşıdır və “Instagram” vasitəsilə çıxış edərək bildirib ki, rəqibinin də ayağı sındığı üçün o da xəstəxanadadır. Aqşin onu da vurğulayıb ki, Ramazan Bayramından sonra bu rəqiblə yenidən döyüş keçirəcək.

Qeyd edək ki, Aqşin Babayev karyerasında ikinci dəfə oxşar aqibətlə üzləşir. O, 2020-ci ilin sentyabrın 25-də BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən görüşdə rəqibi koreyalı rəqibi Ci Bum-moon tərəfindən qadağan olunmuş zərbə almışdı. Həmin vaxt görüş dayandırılmış və qalib müəyyənləşdirilməmişdi.

Səbuhi Musa

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir